Uzm. Dr. Cabir Gülmalıyev - Hekim-az.com
Geri
Uzm. Dr. Cabir Gülmalıyev

Uzm. Dr. Cabir Gülmalıyev

Təcrübə:
15 il
Qiymətləndirmə:
5.0
Rəylər:
0 rəy
0
0
1
  • Liv Bona Dea Hospital (Xəritədə göstər)

İxtisas

Cabir Məhərrəm oğlu GÜLMALIYEV 09 iyun 1987-ci ildə Naxçıvan MR Şahbuz rayon Əzizbəyov (indiki Daylaqlı) kəndində müəllim ailəsində anadan olub. 2004-cü ildə Naxçıvan şəhərində özəlliseyi fərqlənmə attestatı ilə bitirib və həmin il Türk Cumhuriyyətləri Sınavı (TCS) imtahanında iştirak edərək Türkiyə Respublikası İzmir şəhərindəki Egey Universiteti Tibb fakultəsinə qəbul olunub. 5 il tibb təhsili və 1 il Egey Universiteti Tibb Fakultəsi Xəstəxanasında internatura keçdikdən sonra magistr diplomu və “tibb doktoru” ünvanı ilə 2010-cu il iyul ayında məzun olmuşdur. Tibb təhsili müddətində Ürək-Damar Cərrahiyyəsinə xüsusi marağı olduğu üçün EgeyUniversiteti Tibb Fakultəsi Ürək-Damar Cərrahiyyəsi kafedrasında könüllü olaraq çalışmış, əməliyyatlarda iştirak etmişdir.

2010-cu il Dekabr ayında Türkiyə Respublikasında keçirilən Tibdə Uzmanlıq imtahanında iştirak edərək İstanbul Bakırköy Dr. Sadi Konuk Elmi-Tədqiqat Xəstəxanası Ürək-Damar Cərrahiyyəsi şöbəsində uzmanlıq (rezidentura) təhsili almaq üçün haqq qazanmışdır. Uzmanlıq (rezidentura) təhsili müddətində Türkiyə Respublikasında, həmçinin Tailand, İsveç və s. ölkələrdə keçirilən Ürək və Damar cərrahiyyəsi ilə bağlı müxtəlif beynəlxaq konfranslarda və təkmilləşmə kurslarında iştirak etmişdir.Həmçinin 2011-2016 illər rezidentura təhsili müddətində İstanbul şəhərində Acıbadem, Medicalpark və Kolan xəstəxana şəbəkələrində növbətçi ürək-damar cərrahı kimi fəaliyyət göstərmişdir.

Nəhayət 2016-cı ildə tibb təhsilini yekunlaşdıraraq tam təkmilləşmiş şəkildə ürək-damar cərrahiyyəsi mütəxəssisi olaraq vətənə qayıdır və vətən qarşısında borc bildiyi Hərbi xidmətə başlayır. Naxçıvan Hərbi hospitalda hərbi xidmət zamanı hərbi qulluqçuların damar xəstəliklərinin müalicəsi və cərrahi əməliyyatlar həyata keçirir. 2016-2018-ci illər hərbi xidmətlə yanaşı Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 300-dən çox açıq ürək əməliyyatı həyata keçirmişdir. Naxçıvan şəhərində tamamilə yerli kadrlardan ibarət ürək-damar cərrahiyyəsi komandası formalaşdırmış və Naxçıvan tarixində ilk dəfə başqa bölgələrdən dəstək olmadan yerli kadrlarla ürək əməliyyatları həyata keçirmişdir. Həmçinin Naxçıvanda ilk dəfə ciddi ağciyər çatışmazlığı olan bir xəstə süni ürək-ağciyər cihazı (venovenoz ECMO) dəstəyi ilə müalicə olunmuşdur. 2017-ci ildə Muxtar Respublikada səhiyyənin inkişafına verdiyi töhfələrə görə Naxçıvan MR Səhiyyə nazirliyi tərəfindən əməkdə xüsusi xidmət və nailiyyətlərə görə fəxri fərmanı ilə təltif olunmuşdur.

2018-ci ildə Bakı şəhərində yeni açılan Bona Dea International Hospital tərəfindən dəvət almış və həmin xəstəxanada Ürək-Damar Cərrahiyyəsinin şöbə müdiri olaraq fəaliyyətə başlamışdır. Xəstəxanada adı çəkilən şöbənin qurulması və açıq ürək əməliyyatlarının başlanmasının təşkilində aktiv rol almışdır. 2018-ci ilin sonunda həmin xəstəxanada Baş direktorun Tibb Məsələləri üzrə müavini, sonrasında isə Baş Direktorun Birinci Müavini təyin olunmuşdur. Hal-hazırda Bona Dea İnternational Hospitalda Baş Direktorun Birinci Müavini və baş həkimi vəzifəsində fəaliyyət göstərir.

Cabir GÜLMALIYEV Türkiyə Respublikasında və beynəlxalq elmi jurnallarda (SCI və SCİ-E) dərc olunmuş onlarla məqalənin müəllifidir.

Davamını oxu

Rəylər

Bakı şəhərində digər həkimlər və klinikalar

Uzm. Dr. Leyla Abdullayeva

Uzm. Dr. Leyla Abdullayeva

Təcrübə:
10 il
Qiymətləndirmə:
Rəylər:
0 rəy
  • Bakı

Təhsil:Azərbaycan Tibb Universiteti MPF1- tibb doktoru 2004-2010Türkiye Cumhuriyyeti Ankara şəhəri, Hacettepe Universiteti Xestexanasi 2015-2020Psixia...

Uzm. Dr. Selime Aydoğdu

Uzm. Dr. Selime Aydoğdu

Təcrübə:
10 il
Qiymətləndirmə:
Rəylər:
0 rəy
  • Bakı

Fəaliyyət Sahələri

    • Qan xəstəlikləri (Hematologiya)
    • Anemiyalar; qidalanma ilə bağlı anemiyalar: dəmir, B12 vitamini, fol ...

Uzm. Dr. Günel Quliyeva

Uzm. Dr. Günel Quliyeva

Təcrübə:
10 il
Qiymətləndirmə:
Rəylər:
0 rəy
  • Bakı

Təhsil:2013-2019 İnfeksiya Xəstəlikləri və Kliniki Mikrobiologiya üzrə rezidentura: Ege Universiteti, Tibb Fakültəsi Hospitalı, İzmir, Türkiyə2007-200...

Uzm. Dr. İsmayıl Məhərrəmli

Uzm. Dr. İsmayıl Məhərrəmli

Təcrübə:
10 il
Qiymətləndirmə:
Rəylər:
0 rəy
  • Bakı

Təhsil:2010-2012. Azərbaycan Tibb Universiteti Tibb Fakültəsi2012-2017. Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi - Samsun, TÜRKİYƏ2018-2020. İnönü Un...

Uzm. Dr. Ramin Verdixanov

Uzm. Dr. Ramin Verdixanov

Təcrübə:
10 il
Qiymətləndirmə:
Rəylər:
0 rəy
  • Bakı

Fəaliyyət Sahələri

    • Xroniki Ağrı Müalicəsi
    • Ağrı Blokadaları
    • Oynaq Daxili İnyeksiya
    • Migren və digər Baş və...